Bank Of Baku

Azərbaycanın xarici işlər nazirinin müavini ABŞ Konqresinin Nümayəndələr Palatasının Azərbaycan üzrə işçi qrupunun həmsədrini qəbul edib

Azərbaycanın xarici işlər nazirinin müavini ABŞ Konqresinin Nümayəndələr Palatasının Azərbaycan üzrə işçi qrupunun həmsədrini qəbul edib
# 11 yanvar 2008 13:35 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ Konqresinin Nümayəndələr Palatasının Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şusterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın ABŞ-ın etibarlı müttəfiqi olduğu bildirilib, Azərbaycanın anti-terror koalisiyasına verdiyi töhfə və dəstək, ölkəmizin qlobal enerji təhlükəsizliyində artan rolu yüksək qiymətləndirilib. Tərəflər GUAM-la ABŞ-ın əməkdaşlığına toxunaraq, ABŞ tərəfdən bu təşkilata dəstəyin davam etdirilməsinin zəruriliyini qeyd edib.
GUAM məkanında mövcud münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin dövlətlərin ərazi bütövlüyü əsasında həllinin vacibliyi vurğulanıb, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində özünüidarəetmə modelinin təmin olunmasının mümkünlüyü qeyd olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR