Bank Of Baku

Səfir Hüseyn Avni Qarslıoğlu: “Türkiyə ilə Azərbaycan arasında əlaqələr daha da inkişaf etdirilməlidir”

Səfir Hüseyn Avni Qarslıoğlu: “Türkiyə ilə Azərbaycan arasında əlaqələr daha da inkişaf etdirilməlidir”
# 14 yanvar 2008 16:50 (UTC +04:00)
“Türkiyə hər zaman Azərbaycanın yanındadır, dost ölkə kimi hər zaman rəsmi Bakının mövqeyini dəstəkləyir”. APA-nın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu deyib. İki ölkə arasında əlaqələrin yaranma tarixindən danışan səfir Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, dost ölkə kimi rəsmi Bakının mövqeyini dəstəklədiyini qeyd edib. H. A. Qarslıoğlu iki ölkə arasında münasibətlərin qurulduğu ilk illərdə Azərbaycanın zəif inkişaf etdiyini, sonrakı illərdə isə uğurlu inkişaf yoluna qədəm qoyduğunu söyləyib: “Bu gün Azərbaycan hərtərəfli inkişaf edir. Ölkə öz müstəqilliyini möhkəmləndirib”. Səfir Azərbaycanla Türkiyənin birlikdə uğurlu layihələr həyata keçirdiyini deyib, artıq istifadəyə verilən Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərlərini və tikintisinə start verilən Bakı-Tiflis-Qars dəmiryolu xəttini buna misal göstərib. Bununla belə, diplomat iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb: “İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollardı keçsə, daha yaxşı olar. Bu gün Azərbaycan Türkiyə iqtisadiyyatına sərmayələr qoyur. Sərbəst ticarət əlaqələri daha da inkişaf etdirilməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR