Bank Of Baku

Azərbaycanın Türkiyədəki səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirəcək

Azərbaycanın Türkiyədəki səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirəcək
# 16 yanvar 2008 12:07 (UTC +04:00)
20 Yanvar faciəsinin 18-ci ildönümü ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçiriləcək. Səfirlikdən APA-ya verilən məlumata görə, faciə ilə bağlı hazırlanan məlumatlar Türkiyə Xarici İşlər Nazirliyinə və xarici dövlətlərin Türkiyədə akkreditə olunan səfirliklərinə göndəriləcək. Faciə ilə bağlı materiallar hazırlanaraq yerli mətbuata təqdim edilib, qəzetlərdə hadisə barədə məlumat verilməsi barədə razılıq əldə olunub. Səfirliyin təşəbbüsü ilə yanvarın 17-də TRT-də Azərbaycan dilində “20 yanvar 1990-cı il hadisələri” başlıqlı proqram yayımlanacaq. Bir saat davam edəcək canlı yayın eyni zamanda Az.TV-Radioda və İctimai TV-Radioda da nümayiş olunacaq. Yanvarın 18-də isə səfirliyin binasında Türkiyədə yaşayan soydaşlarımız və azərbaycanlı tələbələrin iştirakı ilə anım mərasimi keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR