Bank Of Baku

Azərbaycan səfiri etimadnamələrini İraq prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnamələrini İraq prezidentinə təqdim edib
# 23 yanvar 2008 13:58 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün E. Araslı İraqın xarici işlər naziri Xoşyar Zəbari ilə görüşərək, etimadnaməsinin surətini ona təqdim edib. X. Zəbari Azərbaycanın İraqa səfir təyin etməsindən məmnunluqla danışıb, Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduqlarını bildirib. Səfir E. Araslı Azərbaycanın Yaxın Şərq regionu ilə tarixən sıx əlaqələrinin olduğunu qeyd edərək, respublikamızın bundan sonra da bu əlaqələrin möhkəmlənməsinə diqqət yetirəcəyini söyləyib. Bu gün E. Araslı həmçinin etimadnaməsini İraq prezidenti Cəlal Təlabaniyə təqdim edib. C. Təlabani iki dövlət arasında əlaqələrin inkişafının əhəmiyyətindən danışıb. E. Araslı isə öz növbəsində ölkə rəhbərliyinə İraqda vəziyyətin normallaşması istiqamətindəki fəaliyyətində uğurlar arzulayıb. İki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələsinə toxunan səfir Azərbaycan rəhbərliyinin bölgə dövlətləri ilə münasibətlərin inkişafına diqqət yetirdiyini xüsusi vurğulayıb.
Səfir bu gün Bağdad televiziyasına geniş müsahibə də verib, jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, prezident İlham Əliyevin 3 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı iqamətgahı Əmman şəhərində olmaqla, eyni zamanda respublikamızın İraqdakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR