Bank Of Baku

Qazaxıstan Azərbaycana yeni səfir təyin edib

Qazaxıstan Azərbaycana yeni səfir təyin edib
# 23 yanvar 2008 15:42 (UTC +04:00)
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Serik Primbekov bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. S. Perimbekov 1948-ci ildə anadan olub. Almatı Xalq Təsərrüfatı İnstitutunu bitirib. İqtisad elmləri namizədidir. Qazaxıstan-Qırğızıstan-Özbəkistan Dövlətlərarası Şurasının İcraiyyə Komitəsinin sədri olub.
Xatırladaq ki, Qazaxıstanın əvvəlki səfiri Andar Şukputov keçən ilin payızında başqa dövlət vəzifəsinə təyin olunduğu üçün Azərbaycanda fəaliyyətini dayandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR