Ötən il Avropa İnsan Haqları Məhkəməsi ən çox Türkiyə ilə bağlı qərar çıxarıb
23 yanvar 2008 20:37 (UTC +04:00)
Onun sözlərinə görə, Avropa Məhkəməsinin əsas problemlərindən biri Rusiyanın 14-cü protokolu hələ də ratifikasiya etməməsidir, bu isə məhkəmənin daha səmərəli işinə əsas maneə yaradır. Kosta bildirib ki, bu il 14-cü protokola alternativin yaradılması mümkündür ki, bunun nəticəsində də məhkəmə qarşısında əsaslandırılmış işlərə başqa formada baxmaq mümkündür. O, 2008-ci ilə böyük ümidlə baxdığını da vurğulayıb. Kosta bildirib ki, məhkəmənin daha səmərəli işləməsi üçün müəyyən islahatlara ehtiyac var.
Ötən il məhkəməyə 103 min şikayət daxil olduğunu, onlardan da 1503-ə baxıldığını deyən Kosta 2007-ci ildə Avropa Məhkəməsində çıxarılan qərarların çoxunun Türkiyə ilə bağlı olduğunu vurğulayıb. Bu ölkə ilə bağlı 319 qərar çıxarılıb. Sonrakı sıralarda isə Rusiya, Ukrayna, Polşa və Rumıniya gəlir.
Avropa Məhkəməsinin builki büdcəsinin ötən ilkindən 2-3 millyon avro artıq olduğunu deyən Kosta büdcənin daha da artırılmasının peşəkar hüquqşünasların cəlb edilməsinə, hakimlərin sayının artırılmasına, yaxşı texnika ilə təchizata yardım edə biləcəyini vurğuıayıb. /APA/

Xarici siyasət
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
19:15
1 may 2024
Milli Məclis və Malayziya Parlamenti Senatının sədrləri görüşüb
18:31
1 may 2024
TDT Baş katibi: Üzv ölkələrin "yaşıl enerji"yə keçidinə böyük önəm veririk
16:05
1 may 2024
Ceyhun Bayramov UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri və Milli Komissiya rəhbərləri ilə görüşüb
14:10
1 may 2024