Daxili işlər naziri İsveçrə Konfederasiyasının Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
25 yanvar 2008 14:20 (UTC +04:00)
Daxili işlər naziri general-polkovnik Ramil Usubov İsveçrə Konfederasiyasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleyn Quidettini qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə R. Usubov Azərbaycanın müstəqilliyinin ilk illərində hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum, Ermənistanın hərbi təcavüzü və s. barədə danışıb. Azərbaycanın hazırda MDB məkanında əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə sonuncu yerlərdən birini tutduğunu deyən nazir bildirib ki, ölkədə kriminogen durum nəzarət altındadır. R. Usubov Azərbaycanın erməni terrorizmindən əziyyət çəkdiyini, münaqişə başlayandan ermənilər tərəfindən ölkədə törədilən 30-dan çox terror hadisəsi nəticəsində iki mindən artıq dinc sakinin həlak olduğunu qeyd edib. Nazir beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya kimi təhlükəli bəlalara qarşı birgə mübarizə aparılmasının zəruriliyini vurğulayıb. A. Quidetti isə diplomatik fəaliyyəti dövründə iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişafı üçün səylər göstərəcəyini bildirib. /APA/
Xarici siyasət
Britaniya səfiri Naxçıvana səfər edib - FOTO
12:52
28 aprel 2024
Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
21:00
27 aprel 2024
ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib
17:44
27 aprel 2024
Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib
11:54
27 aprel 2024