Bank Of Baku

Fransanın Azərbaycandakı yeni səfiri martın sonunda Bakıya gələcək

Fransanın Azərbaycandakı yeni səfiri martın sonunda Bakıya gələcək
# 05 fevral 2008 12:50 (UTC +04:00)
Fransanın Azərbaycana təyin olunan yeni səfiri Odil Remik-Adim martın sonunda vəzifəsinin icrasına başlamaq üçün Bakıya gələcək. Bu barədə APA-ya Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Xanım Odil Remik-Adim hazırda Fransanın BMT Baş Assambleyasındakı nümayəndə heyətinin baş katibidir.
Xatırladaq ki, Fransanın Bakıdakı sonuncu səfiri Bernar Amodrik Dü Şafo təqaüdə çıxması ilə bağlı diplomatik missiyasını bitirib. O, bu vəzifədə 2006-cı ilin fevralından 2007-ci ilin oktyabr ayına kimi çalışıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR