Azərbaycanın Qırğızıstandakı səfiri bu ölkənin baş naziri ilə görüşüb
08 fevral 2008 08:39 (UTC +04:00)
Bişkek APA. Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev bu ölkənin baş naziri İqor Çudinovla görüşüb. APA-nın “AKİpress” agentliyinə istinadən verdiyi məlumata görə, Qırğızıstanın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini bildirən İ. Çudinov hələlik iqtisadi-ticarət əlaqələrinin potensialından tam istifadə edilmədiyini deyib: “Bu məsələ üzərində çox ciddi işləmək lazımdır. Digər sahələrdə əlaqələrimiz uğurla inkişaf edir”. A. Ağayev isə İ. Çudinovu baş nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək onu Azərbaycana rəsmi səfərə dəvət edib. O, səfər çərçivəsində iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə biznes-forumun keçirilməsinin nəzərdə tutulduğunu da vurğulayıb. Tərəflər hökumətlərarası komissiyanın iclasının keçirilməsi və perspektiv əməkdaşlıq planlarını da müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin həcmi 2006-cı ildə 9 milyon dollar olduğu halda, ötən il 4,8 milyon dollara enib.
Qeyd edək ki, Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin həcmi 2006-cı ildə 9 milyon dollar olduğu halda, ötən il 4,8 milyon dollara enib.
Xarici siyasət
Rusiya Almatıda Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır
14:00
8 may 2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşüb
13:30
8 may 2024
Bolqarıstan Prezidenti Azərbaycanla münasibətlərin daha yüksək səviyyəyə qalxacağına əmindir
13:04
8 may 2024
Radev: Azərbaycanın işlənmiş neft məhsullarından müxtəlif məhsullar hazırlamaqla bağlı təşəbbüsümüz var
13:04
8 may 2024