Bank Of Baku

İran səfiri: “İran Azərbaycanla gediş-gəlişi asanlaşdırmaq üçün viza məsələsində sadələşdirmə prosesini həyata keçirib”

İran səfiri: “İran Azərbaycanla gediş-gəlişi asanlaşdırmaq üçün viza məsələsində sadələşdirmə prosesini həyata keçirib”
# 11 fevral 2008 09:03 (UTC +04:00)
Onun sözlərinə görə, İran parlamenti 12 il əvvəl iki ölkə arasında viza rejiminin ləğvinə dair sənədi ratifikasiya edib: “Azərbaycan da məqsədəuyğun hesab etdiyi vaxtda viza rejiminin tam ləğvi ilə bağlı sənədi qəbul edəcək”. Səfir deyib ki, viza rejimi tam ləğv edilməsə də, İran artıq həm sərhədyanı bölgələrdən, həm də Naxçıvan ərazisindən bu ölkəyə səfərə gedən Azərbaycan vətəndaşlarına pulsuz viza verir. O, İrana ticarət və ya müalicə məqsədilə gedən Azərbaycan vətəndaşlarına 6 aylıq və ya 1 illik vizanın verildiyini də bildirib: “Vizanın verilməsi prosesində qan analizinin alınması mərhələsi də ləğv edilib”. Nasir Həmidi Zare Xəzər dənizinin hüquqi statusu ilə bağlı sahilyanı dövlətlər arasında aparılan beştərəfli danışıqlara da toxunub: “Xəzər kimi qapalı dənizlərin hüquqi statusunun əldə edilməsinin öz modelləri var. Məsələnin həllinə dair beş ölkə arasında konsensus əldə olmalıdır. Bu məsələ ilə bağlı hələlik bir məqamı demək olar. Beş ölkənin hər biri ötən il keçirilən Xəzər dənizinin hüquqi statusu ilə bağlı sahilyanı dövlət başçılarının Tehran sammitində öz mövqelərini açıqladılar. Bu, onu göstərir ki, siyasi iradə mövcuddur. Bunun özü böyük addımdır. Statusla bağlı aparılan danışıqlar da yəqin ki, yaxın zamanlarda öz müsbət nəticəsini tapacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR