Bank Of Baku

Bakıda İran İslam İnqilabının 29-cu ildönümü qeyd edilib

Bakıda İran İslam İnqilabının 29-cu ildönümü qeyd edilib
# 12 fevral 2008 08:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İran İslam İnqilabının 29-cu ildönümü ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyi ziyafət təşkil edib. APA-nın məlumatına görə, İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare çıxışında inqilabın tarixindən və ölkəsinin bugünkü inkişafından danışıb: “İnqilabdan sonra İran sənaye, aqrar, səhiyyə - xüsusən dinc məqsədlərə xidmət edən nüvə texnologiyaları sahələrində möhtəşəm nailiyyətlər əldə edib”. O, İran-Azərbaycan əlaqələrinin “çox səmimi, dostyana və yüksək səviyyəli” olduğunu bildirib. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da iki ölkə münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Qeyd edək ki, tədbirdə Azərbaycan rəsmiləri, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, siyasi partiya və QHT təmsilçiləri, ictimai xadimlər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR