Bank Of Baku

Elmar Məmmədyarov Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Elmar Məmmədyarov Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
# 12 fevral 2008 16:02 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə diplomatik fəaliyyəti sona çatan Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlunu qəbul edib. Azərbaycan XİN-dən APA-ya daxil olan məlumata görə, səfir fəaliyyət göstərdiyi müddətdə iki ölkə arasında münasibətlərin bütün sahələrdə daha da inkişaf etdiyini, bundan sonra da artan templə yüksələcəyinə əminliyini vurğulayıb.
Elmar Məmmədyarov da öz növbəsində Türkiyə və Azərbaycan arasındakı münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsində göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR