Bank Of Baku

İordaniya kralı II Abdulla Azərbaycana səfər edəcək

İordaniya kralı II Abdulla Azərbaycana səfər edəcək
# 19 fevral 2008 08:55 (UTC +04:00)
Kralın səfəri zamanı Azərbaycanla İordaniya arasında ikiqat vergitutmadan yayınmaq, sərmayələrin təşviqi və qorunması, iki ölkənin Maliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında dövlətlərarası sazişlərin imzalanması nəzərdə tutulur. Səfirlikdən bildiriblər ki, imzalanacaq sənədlər üzərində iş artıq başa çatmaq üzrədir. İordaniya kralının Azərbaycana yazın sonu, yayın əvvəllərində gələcəyi gözlənilir. Səfər çərçivəsində Azərbaycan və İordaniya iş adamlarının iştirakı ilə biznes-forum və İordaniya məhsullarının sərgisi keçiriləcək. Səfirlikdən qeyd ediblər ki, tərəflər əczaçılıq, tekstil sənayesi, səhiyyə, otel biznesi, elektrik enerjisi istehsalı, elektrik stansiyalarının tikintisi, həmçinin turizm sahəsində əməkdaşlıqda maraqlıdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR