Hüseyn Avni Qarslıoğlu: “Azərbaycanda səfir olmaq peşə fəaliyyətimin zirvəsidir”
- Azərbaycanı hansı hisslərlə tərk edirsiniz?
- Hazırda evindən qoparılan insan kimiyəm. Ancaq mən bu yuvamdan o biri yuvama gedirəm. Bunlar mənim üçün təsəllidir. Mənə buradan daha yüksək vəzifəyə getdiyimi deyirlər. Lakin mən hesab edirəm ki, hansı vəzifənin daha yüksək olduğu bir az nisbi anlayışdır. Azərbaycanda səfir olmaq mənəvi cəhətdən peşə fəaliyyətimin zirvəsidir. Burada küçəyə çıxanda, rayonlara gedəndə gördüyüm sevgini başqa ölkədə yaşamaq mümkün deyil. Yəni, Azərbaycandan belə bir duyğu ilə ayrılıram.
- Türkiyədə Prezident katibliyinin rəhbəri vəzifəsində çalışacaqsınız. Yeni vəzifədə iki ölkə arasında əməkdaşlıq və münasibətlərin daha da dərinləşməsi üçün hansı addımları atmağı düşünürsünüz?
- Mən orada prezidentin gündəlik işlərini izləyəcəyəm. Xarici siyasəti mən müəyyənləşdirməyəcəyəm. Ancaq bəzi toplantılarda, xarici səfərlərdə söhbətlərimdə Azərbaycan həqiqətlərini çatdırmağa çalışacağam.
- Dağlıq Qarabağ probleminin həllində Azərbaycana yardımçı olmaq üçün Türkiyənin hansı addımlar atması mümkündür? Bundan başqa, Türkiyə mətbuatında PKK terrorçularının Ermənistanda və işğal altında olan Azərbaycan ərazilərinə keçdiyi barədə məlumatlar yayılır. Türkiyə bu istiqamətdə hansı addımlar atmağı düşünür?
- Dağlıq Qarabağ təkcə Azərbaycanın yox, hamımızın problemidir. Məlumatlara gəlincə, biz işimizi Türkiyə mətbuatının yaydığı xəbərlər əsasında qurmuruq. Əvvəlcə, belə xəbərlərin təsdiqlənməsi lazımdır. Əgər təsdiqlənsə, onda ciddi nəticələr doğurar. ABŞ və Avropa ölkələri PKK-nı terror təşkilatı kimi tanıyır. Bir terror təşkilatına açıq dəstək verilməsinin hansı nəticələrə gətirib çıxaracağı isə məlumdur. Şimali İraqda keçirilən əməliyyatları göz önündədir. PKK terrorçularının Ermənistanda və ya işğal altındakı Azərbaycan torpaqlarına yerləşdirilməsi beynəlxalq aləmdə ciddi narazılıqlara səbəb olar. Bu məlumatların dəlil və sənədlərlə sübuta yetirilməsi lazımdır.
- Kosovonun müstəqilliyini elan etməsi dünya tərəfindən birmənalı qarşılanmadı...
- Yuqoslaviya 1990-cı ildən dağılmağa başlayıb. Əvvəl Almaniya Sloveniyanı tanıdı, sonra Xorvatiyada, Bosniyada müharibə başladı, bir müddət sonra Qaradağ və Makedoniya ayrıldı. Kosovo da həmin respublikalarla eyni statusda idi, yəni faktiki olaraq ayrı idi. Yuqoslaviya süni yaradılmış bir respublika idi, zamanın sınağından çıxa bilmədi. Dağlıq Qarabağ isə tamam başqa məsələdir. Əvvəla, ona görə ki, Dağlıq Qarabağ heç vaxt hüquqi cəhətdən Ermənistanın bir hissəsi olmayıb, həmişə Azərbaycanın tərkibində olub. Hətta prezidentin dediyi kimi, Ermənistan da sonradan İrəvan xanlığının torpaqları üzərində qurulub. Buna görə Kosovo Dağlıq Qarabağ üçün presedent ola bilməz. Dağlıq Qarabağın Azərbaycandan ayrılması mümkün deyil. Orada ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. İlk növbədə, didərgin düşmüş həmin şəxslər vətənlərinə qayıtmalıdırlar ki, mən onların qayıdacaqlarına inanıram. Şimali Kipr Türk Respublikasının statusu da tamam fərqlidir. Dağlıq Qarabağ hətta Abxaziya ilə belə müqayisə oluna bilməz. Hər bölgənin özünəməxsus şərtləri var. Dağlıq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz hissəsi olub, bundan sonra da belə olacaq.
- Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Vəli Kiçiyin həbsi Azərbaycanda narazılığa səbəb oldu. Bu məsələyə münasibətiniz necədir?
- Qanun çərçivəsində görülən tədbirlərə niyə etiraz edilməlidir ki? Məhkəmə hələlik qərar vermədiyi üçün onun cinayətkar olduğunu söyləmək olmaz. Ancaq kiminsə adı cinayətə qarışıbsa, burada milli mənsubiyyət və ya vaxtilə yüksək vəzifələrdə çalışmaq nəticəni dəyişdirməz.
- “PETKİM”-in satışı ilə bağlı tenderdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin də daxil olduğu konsorsium qalib gəlsə də, sonradan bu satışın nəticəsi ləğv olundu. Bu addım iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində əlaqələrə nə dərəcədə mənfi təsir göstərir?
- Bu, hüquqi bir prosesdir. Türkiyədə bəzi təbəqələr özəlləşdirmənin əleyhinədir. Bu tenderdə hansı ölkənin nümayəndəsi qalib gəlsəydi, nəticə dəyişməyəcəkdi. Biz isə özəlləşdirmənin tərəfdarıyıq.
- Türkiyədə baş örtüyü məsələsi həllini tapmayıb. Bu məsələnin tam həlli mümkün olacaqmı?
- Bu qanun Türkiyə Böyük Millət Məclisində qəbul olunub. Dünyanın bir çox ölkəsində, o cümlədən Rusiya, İngiltərə, ABŞ, Fransa, Almaniya, Suriya, Norveç, Bolqarıstan və Azərbaycanda da qızlar baş örtüyü ilə universitetə daxil olursa, bu Türkiyədə niyə olmasın?
Xarici siyasət
Azərbaycan və Pakistan XİN rəhbərləri ABŞ-la İran arasındakı razılaşmanı müzakirə edib
Səfir Tofiq Bəhramovdan danışıb: Ümid edək ki, bu dəfə İngiltərə yığmasının belə bir dəstəyə ehtiyacı olmayacaq
Britaniya səfiri: Azərbaycanla müdafiə sahəsində münasibətlərimiz tarixinin ən güclü dövrünü yaşayır
Azərbaycanla Latviya arasında strateji dialoqun növbəti iclası keçirilib
Xəbər Lenti
Nyu-Yorkda atışma baş verib, bir nəfər saxlanılıb
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb
Uitkoff: İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək
DÇ-2026: İsveçrə Bosniya və Herseqovinanı darmadağın edib
ABŞ Livan siyasətçilərinin adını sanksiyalar siyahısına əlavə edib
Ağdamda avtomobil 4 piyadanı vurub
Makron ABŞ-İsrail-İran müharibəsinin bitmədiyinə inandığını deyib
Tramp: ABŞ İsrail, Livan və “Hizbullah” arasında atəşkəs gözləyir
Moskvadakı ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb
Astarada avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var
AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının açılış mərasiminə dair videomaterial paylaşılıb
Xamenei əvvəlcə ABŞ ilə danışıqların əleyhinə olduğunu açıqlayıb
DÇ-26: Çexiya və CAR xalları bölüşdü
ABŞ ordusu: İran limanlarına və sahil ərazilərinə daxil olan və çıxan bütün dəniz nəqliyyatına qarşı blokada qaldırılıb
ABŞ İranla razılaşmaya uzaqmənzilli raketlərin qadağan edilməsini də daxil etmək istəyir
Türkiyə MTŞ-də Rusiya–Ukrayna müharibəsi və Cənubi Qafqazda sülh prosesi müzakirə olunub
Vens: ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını ləğv edib
Azərbaycan və Pakistan XİN rəhbərləri ABŞ-la İran arasındakı razılaşmanı müzakirə edib
Səfir Tofiq Bəhramovdan danışıb: Ümid edək ki, bu dəfə İngiltərə yığmasının belə bir dəstəyə ehtiyacı olmayacaq
Britaniya səfiri: Azərbaycanla müdafiə sahəsində münasibətlərimiz tarixinin ən güclü dövrünü yaşayır
Pezeşkian Qətər Əmirinə təşəkkür edib
Azərbaycanla Latviya arasında strateji dialoqun növbəti iclası keçirilib
ABŞ-ın Vitse-prezidenti: İranla saziş üzrə 60 günlük müddət bu gün başlayır
FHN geyiminin zəncirbəndi göz qapağına ilişən qadına köməklik göstərib - VİDEO
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft daşınıb, İran heç bir tankerə atəş açmayıb
"Tasnim": İran nümayəndə heyətinin Cenevrəyə səfəri hələlik dəqiqləşməyib
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı keçirilir - FOTO
DÇ-26: İsveçrə qələbə axtarışında
Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - VİDEO - YENİLƏNİB-4 - FOTO
Zaxarova: NATO Ermənistan hərbçilərinə Rusiyaya qarşı döyüşməyi öyrədəcək
Xaricə tur paketlər vəd edərək pul ələ keçirməkdə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib
Tramp: İran heç vaxt nüvə silahı əldə etməyəcək, dünya təhlükəsiz olacaq
Azərbaycan və Rumıniya arasında “Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə müzakirələr aparılıb
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələyib
Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb
İsveç səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
Sertifikasiya üzrə test imtahanının ikinci günündə 3 mindən çox müəllim iştirak edib
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib
Naftalan turizminin inkişafında mühüm addım - TABIA Group və FlyKhiva arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Dünya Bankı: Böhranlar artıq istisna deyil, normaya çevrilib
Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək
"Real" heyətini yeni futbolçu ilə gücləndirib
Nazir: Yəmənin dövlət gəlirləri 70% azalıb
Eyvaz Cəfərli: Azərbaycanda təkaful sistemi İslam maliyyəsinin inkişafına töhfə verəcək
Malavi Prezidenti dövlət başçısı İlham Əliyevi təbrik edib
Milli Məclisin sədri Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb