Bank Of Baku

Yaponiyanın Azərbaycandakı səfirinin məsləhətçisi Zaqatalaya gedib

Yaponiyanın Azərbaycandakı səfirinin məsləhətçisi Zaqatalaya gedib
# 22 fevral 2008 11:22 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Bu gün Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin məsləhətçisi Masumi Takaradava Zaqatalada gedib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. RİH-nin başçısı Asif Ədgərovla görüşən M. Takaradava daha sonra Yaponiya hökumətinin maliyyə vəsaiti hesabına rayonun Göyəm kəndində inşa edilən 240 yerlik yeni məktəb binasının tikintisi ilə tanış olub. Bundan başqa, məsləhətçi rayonun Faldar kəndində inşa ediləcək yeni tibb məntəqəsi üçün ayrılmış əraziyə baxış keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR