Bank Of Baku

Azərbaycanda olan Rusiya vətəndaşlarının prezident seçkilərində səs verməsi üçün iki seçki məntəqəsi yaradılıb

Azərbaycanda olan Rusiya vətəndaşlarının prezident seçkilərində səs verməsi üçün iki seçki məntəqəsi yaradılıb
# 22 fevral 2008 12:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Rusiyada martın 2-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Azərbaycanda olan Rusiya vətəndaşları üçün 2 seçki məntəqəsi yaranıb. Rusiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirliyin konsulluq şöbəsində 5006, Qəbələ RLS-də yerləşən hərbi şəhərcikdə isə 5007 saylı seçki məntəqələri martın 2-də saat 8.00-dan 20.00-dək açıq olacaq. Rusiya vətəndaşları şəxsiyyətini və vətəndaşlıqlarını göstərən sənəd təqdim etməklə, səsvermədə iştirak edə bilərlər. Səsvermədə 1974-cü ildən mövcud olan SSRİ pasportu ilə də səs vermək olar. Amma həmin pasportun arasında vətəndaşın 1992-ci il fevralın 6-dək Rusiya ərazisində yaşadığını təsdiqləyən əlavə vərəq olmalıdır.
Qeyd edək ki, 2007-ci il dekabrın 2-də Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə Azərbaycanda 1497 nəfər səs verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR