Bank Of Baku

Səfir Arif Ağayev: “Qırğızıstanın baş naziri Bakıda ölkələrimiz arasında iqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcək”

Səfir Arif Ağayev: “Qırğızıstanın baş naziri Bakıda ölkələrimiz arasında iqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcək”
# 25 fevral 2008 13:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Qırğızıstanın baş naziri İqor Çudinovun aprelin ortalarında Azərbaycana səfəri nəzərdə tutulub. Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Arif Ağayev APA-ya bildirib ki, səfər çərçivəsində iqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək. A. Ağayev səfər zamanı hökumətlərarası komissiyanın iclasının və biznes-forumun keçirilməsi məsələsinin də müzakirə ediləcəyini deyib: “Təklif etmişəm ki, hər iki ölkədə biznes-forum keçirilsin. Çünki, Azərbaycanla Qırğızıstanın ticarət əlaqələri çox zəifdir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 7,8 milyon ABŞ dolları təşkil edib. Bu, çox aşağı rəqəmdir. Biznes-forumun keçirilməsi isə ticarət əlaqələrinin gücləndirməsinə təkan verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR