Bank Of Baku

Ermənilərin Azərbaycanda törətdiyi Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı dünyanın bir çox ölkəsində tədbirlər keçirilir FOTOSESSİYA

Ermənilərin Azərbaycanda törətdiyi Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı dünyanın bir çox ölkəsində tədbirlər keçirilir  <font color=#FF0000>FOTOSESSİYA </font>
# 25 fevral 2008 15:28 (UTC +04:00)
Tədbirdə çıxış edənlər Dağlıq Qarabağ münaqişəsinin tarixindən, Xocalı soyqırımının və ümumiyyətlə ermənilərin Azərbaycan xalqına qarşı cinayətlərinin səbəblərindən və acı nəticələrindən danışıblar. Sonda Qarabağ münaqişəsini əks etdirən sənədli film nümayiş etdirilib. Fevralın 23-də Danimarkanın Hillerod şəhərində bu ölkədə fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədr müavini Anaxanım Hüseynovanın təşəbbüsü ilə faciə qurbanlarının xatirəsi yad edilib. Tədbirdə Xocalı soyqırımına həsr olunmuş fotostend və sənədli film nümayiş olunub. Fevralın 24-də isə Kopenhagenın mərkəzində yerləşən Rad Plats meydanında “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqinin rəhbərliyi ilə etiraz mitinqi keçirilib. Aksiyada yerli əhaliyə Xocalı soyqırımından bəhs edən bülletenlər paylanıb. Türkiyənin İzmir şəhərində Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Tədbirləri İzmirdə təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyəti birgə təşkil edirlər. İlk olaraq Türkiyə Böyük Millət Məclisi millət vəkillərinin elektron poçt ünvanlarına maillər və fakslar göndərilərək, onlardan parlamentin Xocalı faciəsini soyqırım kimi tanıması xahiş olunub. Fevralın 22-də əsasən xaricdən gələn tələbələrin təhsil aldığı Türkcə Təhsil Mərkəzində Xocalı qətliamı ilə bağlı konfrans təşkil olunub. Fevralın 23-də isə İzmirin mərkəzi Konak Meydanında yürüş-mitinq təşkil edilib. Aksiya zamanı “Xocalını Unutma-Unutdurma”, “Azərbaycan Türkiyə Bir Millər İki Dövlət”, “Azərbaycan-Türkiyə Çiyin-Çiyinə” şüarları səsləndirilib. Mitinqdə mətbuat üçün bəyanat oxunub. Etiraz aksiyası ilə yanaşı, Xocalı soyqırımını əks etdirən foto-sərgi də təşkil edilib. Mitinq iştirakçılarına və yerli sakinlərə Xocalı faciəsi ilə bağlı CD və broşürlar paylanıb. İzmirdə keçirilən tədbirlər çərçivəsində fevralın 25-də bu şəhərin Sky televiziyası və fevralın 27-də isə TRT İnt kanalında faciədən bəhs edən canlı verilişlər təşkil olunacaq. Eyni zamanda Ege və Doqquz Eylül Universitetlərinin müxtəlif fakültələrində konfranslar təşkil ediləcək. Fevralın 23-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyindəki Azərbaycan Cəmiyyəti Xocalı faciəsinin 16-cı ildönümü ilə bağlı anım tədbiri keçirib. Tədbirdə Xocalı faciəsinə həsr olunmuş “Dua” və Heydər Əliyev Fondunun hazırladığı “Xocalı qətliamı” adlı sənədli filmlər nümayiş etdirilib. Heydər Əliyev Fondunun ingilis dilində hazırladığı beş cildlik “Qarabağ haqqında həqiqətlər” kitabı da tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Dubayda nəşr edilən “Al-Bayan” qəzetində də Xocalı faciəsi haqqında məqalə dərc edilib. Fevralın 23-də Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi Ermənistanın bu ölkədəki səfirliyinin binası qarşısında iki saatlıq etiraz aksiyası keçirib. Aksiya iştirakçıları soyqırım zamanı qətlə yetirilmiş insanların, xüsusilə uşaqların fotoşəkillərini nümayiş etdirib, faciə qurbanlarının xatirəsinə 613 şam yandırıblar. Aksiyanın sonunda qəbul edilən müraciət Ermənistanın İsveçrədəki səfirliyinə və İsveçrə Parlamentinə göndərilib. Tədbirdə həmçinin yerli əhali arasında 500-dən çox Xocalı soyqırımından bəhs edən məlumat vərəqələri paylanıb.














1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR