Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfirliyi PKK-ya qarşı keçirilən hərbi əməliyyatla bağlı açıqlama yayıb

Türkiyənin Azərbaycandakı səfirliyi PKK-ya qarşı keçirilən hərbi əməliyyatla bağlı açıqlama yayıb
# 25 fevral 2008 16:33 (UTC +04:00)
Səfirlikdən APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, Türkiyə dövləti öz vətəndaşlarını terror təşkilatının hücumlarından qorumaq iradəsinə malikdir: “Türk Silahlı Qüvvələri İraqın şimalında mövqe tutmuş PKK terror təşkilatı üzvlərini zərərsizləşdirmək və bölgədə bu təşkilata aid infrastrukturu məhv etmək məqsədilə fevralın 21-də hava qüvvələrinin dəstəyi ilə əməliyyata başlayıb. Əvvəlki əməliyyatlarda olduğu kimi, mülki əhalinin zərər çəkməməsi üçün bütün lazımi tədbirlər görülüb. Əməliyyatın yeganə hədəfi PKK terror təşkilatıdır. Türkiyənin İraqın milli birliyi, ərazi bütövlüyü və suverenliyini ən çox dəstəkləyən ölkələrdən biri olduğunu bir daha xatırlatmaq istərdik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR