İranın Azərbaycandakı səfiri: “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik hesab edir ki, İranın nüvə fəaliyyətində şübhəli və həll edilməmiş məsələ qalmayıb”

İranın Azərbaycandakı səfiri: “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik hesab edir ki, İranın nüvə fəaliyyətində şübhəli və həll edilməmiş məsələ qalmayıb”
# 26 fevral 2008 14:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare bu gün keçirdiyi mətbuat konfransında deyib. İranın nüvə proqramını dinc məqsədlərlə həyata keçirdiyini deyən səfir nüvə texnologiyalarının səhiyyə, enerji, aqrar və digər sahələrdə tətbiq ediləcəyini söyləyib. N. H. Zare İraqda vəziyyətə dair İranla ABŞ arasında danışıqların mümkün olduğunu söyləyib. Təbrizin “Nur” məscidində Xocalı soyqırımı ilə bağlı Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənovun da iştirakı ilə keçirilməsi nəzərdə tutulan tədbirin qarşısının alınmasına münasibət bildirən Həmidi Zarenin sözlərinə görə, əgər rəsmi orqanlar bunu orada aparılan təmizlik işləri ilə izah edibsə, başqa səbəb axtarmağa ehtiyac yoxdur. İran tərəfindən Xəzərin mübahisəli hissəsində kəşfiyyat işləri aparmaq niyyətinə aydınlıq gətirən diplomat Xəzəryanı ölkələrin Tehranda keçirilən sammitindən sonra dənizin hüquqi statusuna dair işlərin davam etdirildiyini, hər ölkənin payına düşən hissədən istifadə edəcəyini vurğulayıb. İranla Azərbaycan arasında vizaların sadələşdirilməsinə dair sualı cavablandıran N. H. Zare xatırladıb ki, İran bu təkliflə hələ 12 il əvvəl çıxış edib: “Azərbaycan tərəfi bunun həyata keçməsini nə vaxt məsləhət bilsə, o zaman da reallaşacaq”. Səfir Məşhədə və tranzit olaraq İrandan Həccə gedən Azərbaycan zəvvarları üçün vizaların pulsuz olduğunu da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR