Bank Of Baku

Artur Lenk: “Türkiyə öz cənub sərhədlərinin təhlükəsizliyini təmin edir”

Artur Lenk: “Türkiyə öz cənub sərhədlərinin təhlükəsizliyini təmin edir”
# 27 fevral 2008 11:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Türkiyə öz cənub sərhədlərinin təhlükəsizliyini təmin edir. Biz istərdik ki, proseslər həm İraq, həm də Türkiyə üçün uğurla başa çatsın”. APA-nın məlumatına görə, bu sözləri İsrailin Azərbaycandakı səfiri Artur Lenk Türkiyə Silahlı Qüvvələrinin İraq ərazisində PKK terrorçularına qarşı keçirdiyi əməliyyata münasibət bildirərkən deyib. Hadisələrin İraqın şimalında cərəyan etdiyini söyləyən səfir bildirib ki, proseslərin İsrailə aidiyyəti olmasa da, onun ölkəsi olayları yaxından izləyir. İsrail kəşfiyyatının erməni işğalı altındakı Azərbaycan ərazilərində PKK terrorçularının yerləşdirildiyini müəyyənləşdirməsi barədə yayılan məlumatlara dair sualı cavablandıran diplomat bu barədə heç bir rəsmi məlumata malik olmadığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR