Bank Of Baku

Artur Lenk: “BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramı ilə bağlı yeni qətnamə qəbul edəcək”

Artur Lenk: “BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramı ilə bağlı yeni qətnamə qəbul edəcək”
# 27 fevral 2008 12:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “İranın öz nüvə proqramını həyata keçirməyə davam etməsi beynəlxalq ictimaiyyəti narahat edir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Artur Lenk deyib. O bildirib ki, bu günlərdə BMT Təhlükəsizlik Şurası məsələ ilə bağlı yeni qətnamənin qəbulu üçün bir araya gələrək bir daha İranı bu yoldan çəkindirməyə çalışacaq: “Dünən iranlı həmkarım bildirib ki, bir neçə Qərb ölkəsi İranın öz nüvə proqramını dayandırmasını istəyir. Ancaq xatırlatmalıyam ki, BMT-nin qəbul etdiyi iki qətnaməyə səs verən 15 ölkə arasında Rusiya, Çin, Afrika qitəsini və müsəlman dünyasını təmsil edən ölkələr də var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR