Bank Of Baku

İsraildə yaşayan keçmiş Azərbaycan vətəndaşlarının pensiya məsələsi gələn ay Bakıda müzakirə olunacaq

İsraildə yaşayan keçmiş Azərbaycan vətəndaşlarının pensiya məsələsi gələn ay Bakıda müzakirə olunacaq
# 27 fevral 2008 12:19 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Martın ortalarında Bakıda İsraildə yaşayan keçmiş Azərbaycan vətəndaşlarının pensiya məsələsi müzakirə olunacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə İsrailin Azərbaycandakı səfiri Artur Lenk məlumat verib. O xatırladıb ki, nümayəndə heyətinin səfəri artıq bir dəfə texniki səbəbdən təxirə salınıb: “Söz verirəm ki, bu dəfə hər şey qaydasında olacaq və danışıqlar həm Azərbaycan, həm də İsrail üçün müsbət məcrada həll olunacaq”. Müzakirələrdə iştirak etmək üçün İsrail Milli Sığorta İnstitutunun nümayəndə heyəti Bakıya gələcək və Azərbaycanın Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyində danışıqlar aparacaq. Qeyd edək ki, bu məsələ İsrail baş nazirinin müavini Aviqdor Libermanın bu ilin yayında Bakıya gerçəkləşən səfəri zamanı müzakirə olunub. Əgər tərəflər razılıq əldə edərsə, Azərbaycan keçmiş sovet məkanında İsraildə yaşayan keçmiş vətəndaşlarının pensiya məsələsini həll etmiş ilk ölkə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR