Bank Of Baku

İsrailin Azərbaycandakı səfiri Qərb Universitetinin tələbələri ilə görüşüb

İsrailin Azərbaycandakı səfiri Qərb Universitetinin tələbələri ilə görüşüb
# 27 fevral 2008 12:48 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Artur Lenk Qərb Universitetində “Azərbaycan və İsrail əlaqələri” mövzusunda tələbələrlə görüş keçirib. APA-nın məlumatına görə, səfir ölkəsindəki siyasi və iqtisadi durum barədə məlumat verib, qonşu ölkələrin bəziləri ilə kövrək də olsa sülh şəraitində yaşadıqlarını, digərləri ilə münaqişə vəziyyətində olduqlarını deyib. İsrail-Azərbaycan münasibətlərinin çox yaxşı səviyyədə olduğunu söyləyən diplomat, son illər iqtisadi əlaqələrin inkişaf etdiyini, “Maşav” təhsil proqramı çərçivəsində təhsil mübadiləsi aparıldığını, İsrail və Azərbaycan diasporlarının birgə fəaliyyət göstərməsi barədə məlumat verib. Tələbələrin suallarını cavablandıran səfir Dağlıq Qarabağ münaqişəsi ilə Yaxın Şərq münaqişəsi arasında fərqli cəhətlərin daha çox olduğunu söyləyib və bildirib ki, ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik etməsi çox vacibdir. İsrailin İranla münasibətlərinə dair sualı cavablandıran Artur Lenk İran prezidentinin dəfələrlə İsraili yer üzündən silmək bəyanatları verdiyini xatırladıb: “Azərbaycanla Ermənistan da münaqişə vəziyyətində olan ölkələrdir, lakin Azərbaycan prezidenti heç bir zaman Ermənistanın yer üzündən silmək barəsində bəyanatlar verməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR