Bank Of Baku

Tacikistanın Azərbaycana ilk səfiri təyin olunub

Tacikistanın Azərbaycana ilk səfiri təyin olunub
# 28 fevral 2008 13:11 (UTC +04:00)
APA-nın Tacikistan prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifəyə Zokir Vəzirov təyinat alıb. Tacikistan XİN-dən isə APA-ya bildirilib ki, bu ölkənin ilk səfiri olacaq Z. Vəzirov səlahiyyətlərini icra etmək üçün Bakıya bir həftə sonra gələcək.
Qeyd edək ki, 1948-ci il təvəllüdlü Z. Vəzirov fəlsəfə elmləri doktorudur. Bu təyinata qədər o, Tacikistan baş nazirinin müavini, təhsil və əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrində işləyib.
Onu da əlavə edək ki, 2007-ci ilin yayında Azərbaycanın Tacikistanda səfirliyi açılıb və Məhərrəm Əliyev diplomatik missiyaya rəhbər təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR