Bank Of Baku

Səfir: “İran Azərbaycan vətəndaşlarına qarşı sadələşdirilmiş viza rejimini birtərəfli qaydada tətbiq etmir, bu, qarşılıqlı həyata keçirilir”

Səfir: “İran Azərbaycan vətəndaşlarına qarşı sadələşdirilmiş viza rejimini birtərəfli qaydada tətbiq etmir, bu, qarşılıqlı həyata keçirilir”
# 01 mart 2008 10:22 (UTC +04:00)
A. Həsənov bildirib ki, Tehranda Hava Limanında viza 1 həftəlik müddətə verilir və heç bir halda vaxtı uzadılmır. O, Azərbaycan vətəndaşlarına vizanın bu şəkildə verilməsinin problem yaratdığını qeyd edib: “Məsələn, müayinə üçün Tehrana xəstə gətirən zaman gözlənilməz məsələlər ortaya çıxır. İran tərəfi belə vəziyyətdə də vizanın vaxtını uzatmır. Problemlə üzləşənlər Azərbaycan səfirliyinə müraciət edirlər. Biz də öz növbəmizdə İran tərəfinə rəsmi şəkildə müraciət edirik. Amma həmin problemlə qarşılaşanların belə vizasının vaxtını uzadılmır”. Sadələşdirilmiş viza rejiminin birtərəfli qaydada tətbiq olunmadığını deyən A. Həsənov prosesin qarşılıqlı həyata keçirildiyini söyləyib: “Bildirilir ki, İran Azərbaycan vətəndaşları üçün sərhəd bölgədə sadələşdirilmiş rejim həyata keçirir. Əslində isə bu proses iki ölkə arasında güzəştli keçid haqqında müqaviləyə əsasən aparılır. Yəni, İran Azərbaycan vətəndaşları üçün bu şəraiti birtərəfli şəkildə yaratmayıb. Bu proses qarşılıqlı həyata keçirilir və İran vətəndaşları da həmin imkandan istifadə edir”. Səfir İran tərəfinin viza rejiminin aradan qaldırılmasının zəruriliyinə dair açıqlamalarına da münasibət bildirib: “İran tərəfinin nümayəndələri məsələnin bütün aspektini şərh etsələr, daha yaxşı olar. Onlar dəfələrlə viza rejimini ləğv etməyə hazır olduqlarını deyir. Biz isə deyirik ki, vizanın ləğv edilməsinin şərtləri var. Öncə sərhəd keçid və gömrük məntəqələrində texniki məsələlər həll edilməlidir. Bundan başqa, müəyyən tələblər var. Bunları yerinə yetirək, ondan sonra vizanı götürək. Biz isə hələ buna hazır deyilik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR