Bank Of Baku

Vasili İstratov: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiyanın həmsədrlikdən əlavə nəsə etmək planları yoxdur”

Vasili İstratov: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiyanın həmsədrlikdən əlavə nəsə etmək planları yoxdur”
# 05 mart 2008 10:51 (UTC +04:00)
O bildirib ki, prezidentliyə namizəd, Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanovun nümayəndəsi gün ərzində səsvermənin gedişini izləyib, səslərin hesablanmasında iştirak edib və ona yekun protokolun surəti təqdim olunub. Diplomat Azərbaycandakı Rusiya vətəndaşlarının 85 faizinin Dmitri Medvedyevə səs verdiyini açıqlayıb. Jurnalistlərin suallarını da cavablandıran V. İstratov rəsmi Bakının Kosovodan öz sülhməramlılarını çıxarması barədə qərarını Azərbaycanın daxili işi adlandırıb. Səfir əlavə edib ki, Rusiyanın Kosovo ilə bağlı mövqeyi dəyişməyib. Yeni prezidentin dövründə Azərbaycan-Rusiya münasibətlərinin necə inkişaf edəcəyinə dair sualı cavablandıran diplomat D. Medvedyevin dəfələrlə Azərbaycana gəldiyini və yaxşı əlaqələri olduğunu söyləyib: “Vladimir Putinin Rusiyaya rəhbərlik etdiyi dövrdə iki ölkə münasibətlərində toplanmış pozitiv təcrübə bu münasibətlərin daha da inkişafına xidmət edəcək”. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Rusiyanın mövqeyində hər hansı dəyişikliyin gözlənilib-gözlənilmədiyi haqda suala cavab verən V. İstratov ölkəsinin ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu xatırladaraq bildirib ki, Moskva bundan əlavə nəsə etməyi planlaşdırmır: “Biz Azərbaycanla Ermənistan arasındakı danışıqların fəallaşmasına çalışırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR