Bank Of Baku

Vatikanın dövlət katibi Azərbaycana gəlib

Vatikanın dövlət katibi Azərbaycana gəlib
# 06 mart 2008 12:16 (UTC +04:00)
APA-nın məlumatına görə, Vatikanın dövlət katibini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycanın baş naziri Artur Rəsizadə, xarici işlər nazirinin müavini Vaqif Sadıxov, Vatikanın Azərbaycandakı nümayəndəsi nunsi Klaudio Qucerotti, Bakı katolik kilsəsinin rəhbəri Yan Çapla qarşılayıblar. Tarçizio Bertonenin baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşü planlaşdırılıb. Vatikanın dövlət katibi Müqəddəs Məryəm katolik kilsəsinin rəsmi açılış mərasimində iştirak edəcək, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşəcək. Azərbaycan prezidenti İlham Əliyevin Kardinal Bertoneni qəbul edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR