Bank Of Baku

İraqın Azərbaycandakı səfiri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə ziyafət verib

İraqın Azərbaycandakı səfiri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə ziyafət verib
# 09 mart 2008 08:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova APA. İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə öz iqamətgahında ziyafət təşkil edib. APA-nın məlumatına görə, ziyafətdə çıxış edən səfir Beynəlxalq Qadınlar Gününün tarixi, İraq qadın hərəkatı, bu hərəkatda mühüm rol oynamış və qadın hüquqları uğrunda mübarizə aparmış qadınlar barədə məlumat verib. O, ilk İraq qadın diplomatları barədə danışıb və hazırda İraq Xarici İşlər Nazirliyində 223 qadının işlədiyini bildirib. Tədbirə dəvət olunan qadınları təbrik edən səfir onlara cansağlığı, qadın xoşbəxtliyi, sülh və əmin-amanlıq arzu edib. Tədbirdə siyasi və ictimai sahələrdə çalışan Azərbaycan qadınları, Bakıda fəaliyyət göstərən ərəb ölkələrinin səfirliklərinin qadın əməkdaşları iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR