Bank Of Baku

Pakistanın Azərbaycana təyin olunmuş yeni səfiri iki ay ərzində Bakıya gələcək

Pakistanın Azərbaycana təyin olunmuş yeni səfiri iki ay ərzində Bakıya gələcək
# 11 mart 2008 13:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Əbdul Həmidi növbəti iki ay ərzində Bakıya gələcək. Bu barədə APA-ya Pakistanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Son təyinata kimi, o, ölkəsinin Dubayda baş konsulu vəzifəsində çalışıb. Pakistanın Azərbaycandakı əvvəlki səfiri Cavid Qureyşi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar martın 9-da Bakını tərk edib. Hələlik diplomatik missiyaya səfirliyin 3-cü katibi Sammar Cavid müvəqqəti işlər vəkili kimi rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR