Bank Of Baku

Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri KİV nümayəndələri üçün qəbul keçirib

Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri KİV nümayəndələri üçün qəbul keçirib
# 11 mart 2008 15:04 (UTC +04:00)
Özünü Azərbaycanda vətənindəki kimi hiss etdiyini deyən H. Kılıç bu təyinatı böyük şərəflə qəbul etdiyini vurğulayıb. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyən səfir deyib ki, I Qarabağ müharibəsi zamanı türkiyəli gənclər Azərbaycan tərəfdən döyüşlərdə iştirak edib: “Azərbaycanlı gənclər də Türkiyə Silahlı Qüvvələrinin PKK-nın məhv edilməsi istiqamətində keçirdiyi son əməliyyatlar zamanı döyüşlərdə iştirak etmək üçün müraciət ediblər. Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Azərbaycanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəridir”. Səfir Bakıda və Azərbaycanın digər bölgələrində “Qardaşlıq meşələri”nin salınması təklifi ilə çıxış etdiyini deyib. Onun sözlərinə görə, bu təklif müsbət qarşılanıb. H. Kılıç mətbuatın körpü rolunu oynadığını söyləyib: “Mən istəyirəm ki, bu körpü sağlam olsun”. O, bu il aprelin 29-da II Türkiyə-Azərbaycan media konfransının, aprelin 30-da Türk Respublikalarının xəbər agentliklərinin toplantısının keçiriləcəyini, jurnalistika fakültələrində master-klasların təşkil olunacağını bildirib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov səfirə işində uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR