Bank Of Baku

ABŞ səfiri Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatını təqdim edib

ABŞ səfiri Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatını təqdim edib
# 12 mart 2008 12:23 (UTC +04:00)
APA-nın məlumatına görə, səfir bildirib ki, Azərbaycan artıq strateji seçimini edib: “Azərbaycanın strateji seçimi azadlıq, demokratiya və Avroatlantik məkana inteqrasiyadır. Ümidvaram ki, bu hesabat dostcasına deyilmiş konstruktiv tənqid kimi qəbul olunacaq”. 2007-ci ilin yekunlarını dəyərləndirən səfir ötən il Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində nəzərəçarpacaq irəliləyişlərin olmadığını deyib: “Ən çox narahatedici məqam söz azadlığı sahəsindədir. Bəzi jurnalistlərin hələ də həbsxanada olması çox pis haldır. 2008-ci il Azərbaycanda prezident seçkiləri ilidir, buna görə də ölkədə sərbəst toplaşmaq azadlığına riayət olunması çox vacibdir. Demokratik ölkədə yaşayan insanlar sərbəst şəkildə bir yerə toplaşmaq hüququna malik olmalıdır”. Səfir ötən il insan hüquq və azadlıqlarının qorunması istiqamətində pozitiv məqamlar kimi bir sıra jurnalistlərin həbsdən azadlığa buraxılmasını, məcburi köçkünlərin evlə təmin edilməsini, ANS telekanalına lisenziya verilməsini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR