Bank Of Baku

Azərbaycanın Meksikada müvəqqəti işlər vəkili Puebla ştatının universitet tələbələri üçün mühazirə oxuyub

Azərbaycanın Meksikada müvəqqəti işlər vəkili Puebla ştatının universitet tələbələri üçün mühazirə oxuyub
# 13 mart 2008 07:48 (UTC +04:00)
Meksikadakı diplomatik missiyadan APA-nın ABŞ bürosuna verilən məlumata görə, İlqar Muxtarov çıxışında Azərbaycanın Qafqazın təhlükəsizlik sistemində oynadığı roldan, Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycanın Avropa enerji təhlükəsizliyinə verdiyi tövhədən və əsgərlərimizin İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakından danışıb. İlqar Muxtarov Kosovonun müstəqillik elan etməsinə Azərbaycan tərəfinin tutduğu prinsipial mövqe barədə də məlumat verib. Mühazirənin sonunda “Lider” televiziyasının istehsalı olan “Məhv edilmiş şəhər” filmi nümayiş olunub. Daha sonra müvəqqəti işlər vəkili tələbələrin çoxlu sayda suallarını da cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR