Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfiri Əli Bayramlıda olub

ABŞ-ın Azərbaycandakı səfiri Əli Bayramlıda olub
# 13 mart 2008 11:37 (UTC +04:00)
Görüş zamanı müxtəlif mövzularla bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb. Tərəflər qarşıdan gələn prezident seçkilərinin şəffaf və demokratik şəraitdə keçirilməsi məsələsinə də toxunublar. Sonra A. Dersi Regional İnformasiya Mərkəzində olub və Amerika Hüquqşünaslar Assosiasiyasının səyyar hüquqşünaslarının sakinlərə göstərdiyi hüquqi yardım prosedurlarını müşahidə edib. Diplomat bəzi şəhər sakinlərini dinləyərək onların problemləri haqqında məlumat alıb. Səfir Milli Məclisin üzvü Azay Quliyevin deputat otağında da olub və onun fəaliyyəti ilə maraqlanıb. Daha sonra A. Dersi ABŞ səfirliyinin maliyyə dəstəyi ilə yaradılmış şəhər internet mərkəzinə baş çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR