Bank Of Baku

“British Councill”un Bakı ofisinə təyin olunan yeni direktorun təqdimat mərasimi keçirilib

“British Councill”un  Bakı ofisinə təyin olunan yeni direktorun təqdimat mərasimi keçirilib
# 14 mart 2008 08:24 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “British Councill”un Bakı ofisinin yeni direktorunun təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, bu vəzifəyə yeni təyin olunmuş xanım Nikol de Laluvyer hazırda “British Councill”un Çində inkişaf və təhsil proqramlar üzrə direktorudur. Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolayn Braun missiyasını bitirən “British Council”un direktoru Endi Villiamsa 3 il yarım ərzində Azərbaycanda gördüyü işlərə görə minnətdarlığını bildirib, onun “Sülhpərvərlər proqramı” və Londonda 2012-ci ildə keçiriləcək Olimpiada ilə bağlı apardığı işləri çox müvəffəqiyyətli adlandırıb. Nikol de Laluvyeri yeni təyinatı ilə təbrik edən səfir ona uğurlar arzulayıb. Polşaya yeni təyinat almış Endi Villiams isə çıxışında Azərbaycandakı işindən zövq aldığını deyib. “British Councill”u təhsil, mədəniyyət, elm, incəsənət, yaradıcılıqla bağlı Böyük Britaniya və Azərbaycan arasında körpü adlandıran Endi Vilyams 5-10 ilə Azərbaycanda çox böyük dəyişikliklərin olacağını proqnozlaşdırıb və bu prosesi müşahidə etməkdən zövq aldığını deyib. Qurumun yeni direktoru Nikol de Laluvyer bundan əvvəl çalışdığı Çində böyük dəyişikliklərin olduğunu deyib: “Yeni təyinat alanda fikirləşdim ki, sakit məkana gedib, bir az istirahət edəcəyəm. Amma Bakıya gələn kimi gördüm ki, burada böyük dəyişikliklər həyata keçirilir. Bu, əslində çox yaxşı fürsətdir, çünki belə bir mühitdə fikir mübadiləsi, görüşlər apara bilirik və bu dəyişikliklərə öz tövhəmizi vermiş oluruq”. O, yeni vəzifəsinin icrasına rəsmən may ayının ortalarından başlayacağını söyləyib. Tədbirin sonunda Azərbaycan-Britaniya Məzunları Assosiasiyası adından Endi Villiamsa hədiyyə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR