Bank Of Baku

Yaponiyanın baş naziri və xarici işlər naziri Azərbaycana səfər edəcək

Yaponiyanın baş naziri və xarici işlər naziri Azərbaycana səfər edəcək
# 14 mart 2008 08:47 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. 2008-ci ilin ikinci yarısında Azərbaycan və Yaponiya arasında bir sıra qarşılıqlı səfərlər həyata keçiriləcək. Azərbaycanın Yaponiyadakı səfirliyinin mətbuat katibi Gülsər İsmayılzadə APA-ya bildirib ki, bu çərçivədə Azərbaycan xarici işlər nazirinin Yaponiyaya səfəri planlaşdırılır. Bundan başqa Yaponiya xarici işlər naziri Komura Masaxikonun və baş nazir Yasuo Fukudanın Azərbaycana səfərləri nəzərdə tutulur. Gülsər İsmayılzadə həmçinin ölkələrin turizm və infrastruktur sahəsində bir sıra layihələr həyata keçirmək niyyətində olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR