Bank Of Baku

Tacikistanın Azərbaycana yeni təyin edilmiş səfiri Zokir Vəzirov martın 29-da Bakıya gələcək

Tacikistanın Azərbaycana yeni təyin edilmiş səfiri Zokir Vəzirov martın 29-da Bakıya gələcək
# 14 mart 2008 12:56 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Tacikistanın Azərbaycana yeni təyin olunmuş səfiri Zokir Vəzirov martın 29-da Bakıya gələcək. Bu barədə APA-ya Tacikistan Xarici İşlər Nazirliyindən məlumat verilib. Yeni səfir etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova, etimadnaməsini isə prezident İlham Əliyevə təqdim etdikdən sonra rəsmən fəaliyyətə başlayacaq. Tacikistanın ölkəmizdəki səfirliyinin açılış tarixi hələlik məlum deyil. Qeyd edək ki Zokir Vəzirov fevralın 27-də Azərbaycana səfir təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR