Bank Of Baku

Şri-Lanka nümayəndə heyəti Azərbaycana səfər edəcək

Şri-Lanka nümayəndə heyəti Azərbaycana səfər edəcək
# 17 mart 2008 08:58 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Mayın ilk yarısında Şri-Lankanın hökumət rəsmilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır. Bu barədə APA-ya Azərbaycanın Şri-Lankada fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev məlumat verib. Onun sözlərinə görə, Şri-Lanka hökuməti Azərbaycanla iqtisadi sahədə əməkdaşlığı genişləndirməyə maraq göstərir. Hazırda Azərbaycana gələcək nümayəndə heyətinin tərkibi dəqiqləşdirilir. Ötən ilin avqustunda Şri-Lanka hökumətinin üç üzvünün Azərbaycana səfər etdiyini xatırladan Tamerlan Qarayev o zaman müzakirələr olunan layihələr ətrafında fikir mübadiləsinin davam edəcəyini deyib. Səfir iki ölkənin xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrin aparılması ilə bağlı protokol layihəsinin Şri-Lanka hökumətinə göndərildiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR