Bank Of Baku

Xələf Xələfov Yunanıstanın iqtisadi inkişaf naziri Xristos Foliası qəbul edib

Xələf Xələfov Yunanıstanın iqtisadi inkişaf naziri Xristos Foliası qəbul edib
# 17 mart 2008 16:45 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Yunanıstanın iqtisadi inkişaf naziri Xristos Foliasın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Xələf Xələfov Yunanıstan və Azərbaycan arasında münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirib və ölkələrimiz arasında bir çox sahədə və xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edib. X. Xələfov bu baxımdan Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərinin istifadəyə verilməsinin iki ölkə arasındakı münasibətlərə təkan verdiyini vurğulayıb. Nazir müavini digər sahələrdə də qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün imkanların olduğunu və beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı əməkdaşlığın mövcudluğunu diqqətə çatdırıb. Xristos Folias iki ölkə arasında münasibətlərin getdikcə genişləndiyini və bu səfərdən sonra daha da dərinləşəcəyinə əmin olduğunu bildirib. Qonaq Yunanıstanın Azərbaycanla xüsusilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu və ölkəmizin Avropanın enerji təchizatında və enerji dəhlizlərinin diversifikasiyasında xüsusi rolunu qeyd edib. X. Folias bununla yanaşı iqtisadiyyatın digər sahələrində də qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün imkanların olduğunu və bu tədbirlərin iqtisadi əlaqələrin dərinləşdirilməsinə təkan verəcəyini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR