Bank Of Baku

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Ulyanovsk vilayətinə səfər edib

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Ulyanovsk vilayətinə səfər edib
# 18 mart 2008 10:06 (UTC +04:00)
Bakı. Zaur Nurməmmədov APA. Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanov Ulyanovsk vilayətinə üç günlük səfər edib. APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, konsul vilayət qubernatoru Sergey Morozovla görüşüb. Görüşdə bu ilin yayında Azərbaycan hökumətinin nümayəndə heyətinin Ulyanovsk vilayətinə edəcəyi səfər və iki tərəf arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı əməkdaşlığa dair imzalanacaq razılaşma müzakirə edilib. Q. Osmanov bildirib ki, bu razılaşmanın imzalanmasından sonra ticarət dövriyyəsinin həcmi bir neçə dəfə artacaq. Azərbaycan və Ulyanovsk iş adamlarının görüşünün təşkili də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR