Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Birləşmiş Ərəb Əmirliyinin iqtisadiyyat naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Birləşmiş Ərəb Əmirliyinin iqtisadiyyat naziri ilə görüşüb
# 19 mart 2008 16:00 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov martın 19-da bu ölkənin iqtisadiyyat naziri Sultan Səid Əl Mansurla görüşüb. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olduğu və iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. E. Məmmədyarov iki ölkə arasında regional layihələr çərçivəsində əməkdaşlığın, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yaxın zamanda Körfəz regionunda inşa olunacaq birgə dəmiryolu xəttinə birləşdirilməsinin mümkün olduğunu qeyd edib. Sultan Səid Əl Mansur isə ölkəsinin hava nəqliyyatı şirkətlərinin, o cümlədən “Emirates” şirkətinin Azərbaycana reyslərinin bərpası məsələsinə toxunub. O, Abu Dabi əmirliyinin “İttihad” hava nəqliyyatı şirkətinin də Bakı-Abu Dabi aviareysinin yaradılmasının mümkün olduğunu vurğulayıb. Sultan Səid Əl Mansur iki ölkənin digər ölkələrdə müştərək müəssisə yaratmasına imkan olduğunu deyərək təklif edib ki, bu məsələ hökumətlərarası iqtisadi komissiyanın gələcək iclasının gündəliyinə salınsın. Azərbaycan tərəfi BƏƏ-nin hökumətlərarası iqtisadi komissiyanın üzvlərinin müəyyən etməsini və bu haqda Azərbaycana məlumat verməsini xahiş edib. Görüşdə bu məsələlərin Abu Dabi əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayd əl Nəyyamın Azərbaycana səfəri zamanı geniş müzakirə ediləcəyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR