Bank Of Baku

Meksika ilə Azərbaycan arasında iki saziş imzalanıb

Meksika ilə Azərbaycan arasında iki saziş imzalanıb
# 28 mart 2008 14:52 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda səfərdə olan Meksika xarici işlər nazirinin müavini Mariya Lourdes Aranda Bezauri ilə birgə brifinq keçirib. APA-nın məlumatına görə, X. Xələfov həmkarı ilə apardığı danışıqların uğurlu olduğunu deyib. Onun sözlərinə görə, Mariya Lourdes Aranda Bezaurinin səfəri Meksikadan Azərbaycana birinci yüksək səviyyəli səfərdir. XİN müavinləri səviyyəsində siyasi məsləhətləşmələr aparıldığını deyən Azərbaycan rəsmisi danışıqlarda enerji, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət və aqrobiznes sahələrində qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparıldığını vurğulayıb. Nazir müavinlərinin qənaətinə görə, Azərbaycanla Meksika arasında əməkdaşlığın böyük potensialı var.
Meksika rəsmisinin səfəri zamanı iki ölkənin diplomatik akademiyaları arasında təcrübə mübadiləsi aparılmasına və siyasi dialoqun başlanmasına dair sazişlər də imzalanıb.
Mariya Lourdes Aranda Bezauri Meksika xarici işlər nazirinin Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovu ölkəsinə dəvət etməsilə bağlı məktubunu da gətirib. Artıq sənaye və energetika naziri Natiq Əliyevlə görüşən qonağın İqtisadi İnkişaf Nazirliyində və ARDNŞ-də də görüşləri olacaq. Bu səfərdən sonra mədəni əlaqələrin genişlənməsi və biznes-forumların keçirilməsi də nəzərdə tutulur.
Meksikanın xarici işlər nazirinin müavini isə bildirib ki, bundan sonra Azərbaycanla Meksika arasında ikitərəfli yüksəksəviyyəli səfərlərin sayı artacaq. O, ölkəsinin Azərbaycanla bir çox sahədə əməkdaşlıq etməkdə maraqlı olduğunu, xüsusən enerji sahəsi ilə bağlı maraqlandığını da deyib. Azərbaycanla gələcəkdə bu sahədəki əməkdaşlığa dair saziş də imzalanmasının mümkünlüyünü deyən nazir müavini Neft Fondu ilə bağlı ölkəmizin təcrübəsindən yararlanmaq istədiklərini söyləyib.
Meksikalı diplomat ölkəsinin 2009-cu ilin sonunda Azərbaycanda səfirlik açmaq istədiyini də vurğulayıb.
Bu səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat aldığını deyən qonaq Meksikanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR