Bank Of Baku

Dünyanın bir sıra ölkələrində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçiriləcək

Dünyanın bir sıra ölkələrində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçiriləcək
# 30 mart 2008 13:45 (UTC +04:00)
Bakı.Ülviyyə Əliyeva-APA. 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar dünyanın bir sıra ölkələrində tədbirlər keçiriləcək. Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayevin APA-ya verdiyi məlumata görə, martın 31-də bu ölkə KİV-də soyqırımına həsr olunmuş yazılar dərc olunacaq, Küveytin xarici işlər naziri başda olmaqla, dövlət rəsmiləri və diaspora nümayəndələri ilə görüşlər təşkil olunacaq. Azərbaycanın İordaniyadakı səfirliyində isə martın 31-də bu ölkədə yaşayan azərbaycanlılarla görüş keçiriləcək. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə İordaniyanın siyasi-ictimai həyatında aktiv iştirak edən ziyalılarla yanaşı, bu ölkənin universitetlərində oxuyan tələbələr də iştirak edəcək. Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, sabah səfir Namiq Əliyev və bir qrup azərbaycanlı Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edəcək. Marneulidəki Azərbaycan Mədəniyyət Mərkəzində soyqırımı ilə bağlı fotosərgi keçirilib. Azərbaycanın Polşadakı səfirliyindən isə bildirilib ki sabah bu ölkədəki dövlət qurumları və diplomatik nümayəndəliklərə, KİV-ə soyqırımı faktları ilə bağlı məlumatlar göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR