Bank Of Baku

Xorvatiyada Azərbaycanın səfirliyi açılacaq

Xorvatiyada Azərbaycanın səfirliyi açılacaq
# 31 mart 2008 11:00 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. Bu ilin yayında Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Azərbaycanın səfirliyi açılacaq. Bu barədə APA-ya Xorvatiyanın Azərbaycanda da akkreditə olunmuş Türkiyədəki səfirliyindən məlumat verilib. Azərbaycanın Xorvatiyadakı səfirliyi region üzrə fəaliyyət göstərəcək və keçmiş Yuqoslaviya ölkələrini əhatə edəcək. Xorvatiya isə öz növbəsində Bakıda konsulluq açmağa hazırlaşır. Artıq konsul vəzifəsinə namizəd də müəyyənləşib. Səfirlikdən onu da bildiriblər ki, iki ölkə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya yaratmağı planlaşdırır. Komissiyanın Azərbaycan prezidentinin Xorvatiyaya səfəri ərəfəsində formalaşdırılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR