Bank Of Baku

Alan Vaddams etimadnaməsinin surətini Azərbaycan xarici işlər nazirinə təqdim edib

Alan Vaddams etimadnaməsinin surətini Azərbaycan xarici işlər nazirinə təqdim edib
# 31 mart 2008 13:57 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Komissiyasının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddamsı qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüşün əvvəlində etimadnaməsinin surətini təqdim edən səfir A. Vaddams bu təyinatdan məmnunluğunu ifadə edərək, Azərbaycanın geniş inkişaf perspektivlərinin olduğunu və Aİ ilə birgə bir sıra iqtisadi, nəqliyyat, kommunikasiya və digər layihələr üzərində işlərin davam etdiriləcəyini bildirib. Nazir Elmar Məmmədyarov da Azərbaycanın Aİ ilə Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və daha da gücləndirilməsinə səylərini yönəldəcəyini diqqətə çatdırıb. Nazir enerji sahəsində qarşılıqlı əməkdaşlıq və enerji bazarında mövcud rəqabət haqda danışaraq, Aİ-nın enerji siyasətində vahid mövqedən çıxış etməsinin zəruriliyini vurğulayıb, həmçinin Aİ-nin Orta Asiya ölkələri ilə əlaqələrinin inkişafında Azərbaycanın da öz töhfəsini verə biləcəyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR