Bank Of Baku

Bakıda Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçiriləcək

Bakıda Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçiriləcək
# 02 aprel 2008 08:54 (UTC +04:00)
Məsləhətləşmələrdə iştirak etmək üçün Litva Xarici İşlər Nazirliyindən iki nümayəndə heyəti Bakıya gəlib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Litvanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kudzmanas Kyastutis məlumat verib. Onun sözlərinə görə, Litva Xarici İşlər Nazirliyinin Şərqi Avropa ölkələri ilə qonşuluq münasibətləri departamentinin və planlaşdırma departamentinin nümayəndələri Azərbaycan xarici siyasət idarəsində, Sənayə və Energetika Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində, Nəqliyyat Nazirliyində, TRACEKA-nın yerli ofisində görüşlər keçirəcəklər. Görüşlərdə Avropa Qonşuluq Siyasəti çərçivəsində ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR