Bank Of Baku

Polad Bülbüloğlu: “Azərbaycan NATO-ya daxil olmağa tələsmir”

Polad Bülbüloğlu: “Azərbaycan NATO-ya daxil olmağa tələsmir”
# 04 aprel 2008 15:01 (UTC +04:00)
APA-nın Rusiya bürosunun məlumatına görə, “Rusiya-Azərbaycan: əməkdaşlığın üfüqləri” adlı mətbuat konfransı iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 16 illiyinə həsr olunub. Mətbuat konfransını giriş sözü ilə açan Qriqori Karasin iki ölkə arasında əməkdaşlığın uğurlu nəticələr verdiyini və bu münasibətlərin inkişafının qaçılmaz olduğunu bildirib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ölkəmizin bu problemi sülh yolu ilə həll etmək istədiyini bildirib: “Azərbaycan münaqişə nəticəsində meydana çıxan problemləri sülh yolu ilə, danışıqlar vasitəsilə həll etmək istəyir”. Azərbaycanın NATO hərbi blokuna üzv olması ehtimalı ilə bağlı sualı cavablandıran səfir ölkəmizin bu hərb alyansa qəbul olmaq üçün tələsmədiyini deyib. Polad Bülbüloğlu Rusiya ilə münasibətlərin dinc qonşuluq münasibətləri səviyyəsində olduğunu, bir çox sahələrdə - mədəniyyət, iqtisadiyyat, siyasət, humanitar sferalarda əməkdaşlığın inkişaf etdiyini deyib. BMT Baş Assambleyasında Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair qətnamənin müzakirəsi zamanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin səınədin əleyhinə səs verməsi ilə bağlı sualı cavablandıran səfir bildirib ki, hazırda bu məsələdə dünyanın 40 ölkəsi Azərbaycanın mövqeyini müdafiə edirlər. Qəbələ radiolokasiya stansiyasının ABŞ və Rusiyanın birgə istifadəsinə verilməsi ehtimalına toxunan Polad Bülbüloğlu bildirib ki, bu layihə Rusiya və ABŞ arasındakı danışıqların gedişindən asılıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR