Bank Of Baku

Azərbaycan Rusiyaya nota verib

Azərbaycan Rusiyaya nota verib
# 08 aprel 2008 07:09 (UTC +04:00)
Səfirlikdən APA-nın Rusiya bürosuna verilən məlumatda bildirilir ki, bu il martın 28-də Moskvada Rusiya Federasiyası (RF) Dövlət Dumasının MDB məsələləri və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin başçılıq etdiyi MDB ölkələri İnstitutunda “Kosovodan sonra: tanınmamış dövlətlərin birliyi tanınmağa doğru yolda” adlı beynəlxalq konfrans keçirilib. Həmin konfransa Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən qondarma rejimin nümayəndələri dəvət edilib və RF hakimiyyət orqanlarının nümayəndələri iştirak edib. Faktla bağlı səfirlik müvafiq tədbirlər görüb və 07.04.2008 tarixində RF XİN-ə etiraz notası ünvanlanıb. Sənəddə aydın və kəskin şəkildə RF Konstitusiyasına görə qanunvericilik hakimiyyəti orqanının nümayəndəsi, üstəgəl, parlamentin MDB məsələləri ilə məşğul olan komitə sədrinin birinci müavini K. Zatulinin bu cür qanunsuz fəaliyyətdən əl çəkməməsinə diqqət yetirilib və belə bir fəaliyyətin qəbuledilməz olduğu bildirilib. Konfransa RF XİN və Moskva Hökuməti nümayəndələrin dəvət edilməsinin də iki ölkə arasında təşəkkül tapmış və Azərbaycanla Rusiya arasında bağlanmış müqavilə və digər siyasi-hüquqi sənədlərdə əks etdirilmiş strateji əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi açıq bəyan edilib. RF XİN-dən konfransın keçirilməsi ilə əlaqədar izahatın verilməsi və gələcəkdə bu cür hallara yol verilməməsi də xahiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR