Bank Of Baku

Tacikistan və Türkmənistanın Azərbaycandakı səfirləri etimadnamələrinin surətini Elmar Məmmədyarova təqdim ediblər

Tacikistan və Türkmənistanın Azərbaycandakı səfirləri etimadnamələrinin surətini Elmar Məmmədyarova təqdim ediblər
# 08 aprel 2008 12:12 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zokir Vəzirov və Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Anaməmməd Məmmədov etimadnamələrinin surətini bu gün xarici işlər naziri Elmar Məmmədyarova təqdim ediblər. APA-nın məlumatına görə, Tacikistan Azərbaycana ilk dəfədir səfir təyin edir, Türkmənistanın isə ölkəmizdə ötən əsrin 90-ci illərində səfirliyi fəaliyyət göstərib. 2001-ci ildə maliyyə çətinlikləri əsas gətirilərək, Türkmənistan səfirliyinin Bakıda fəaliyyəti dayandırılıb.
Hər iki ölkənin səfirləri etimadnamələrini prezident İlham Əliyevə təqdim etdikdən sonra diplomatik missiyanın rəhbərləri kimi rəsmən fəaliyyətə başlayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR