Bank Of Baku

Tacikistan və Türkmənistanın Azərbaycandakı səfirləri etimadnamələrinin surətini Elmar Məmmədyarova təqdim ediblər

Tacikistan və Türkmənistanın Azərbaycandakı səfirləri etimadnamələrinin surətini Elmar Məmmədyarova təqdim ediblər
# 08 aprel 2008 13:21 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zokir Vəzirov və Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Annaməmməd Məmmədov etimadnamələrinin surətini bu gün xarici işlər naziri Elmar Məmmədyarova təqdim ediblər. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tacikistan səfiri ilə görüşdə qarşılıqlı rəsmi səfərlərin artdığını və iqtisadi, siyasi müstəvidə daha sıx əməkdaşlığın qurulmasında vacib rol oynadığını qeyd edən tərəflər ikitərəfli əlaqələrin mövcud baza əsasında daha da irəli aparılmasının zəruriliyini vurğulayıblar. Z. Vəzirov bu yaxınlarda Bakı-Düşənbə aviareysinin açılacağını bildirib, Tacikistanın Azərbaycanda bir sıra iqtisadi maraqlarının olduğunu, neft koksundan əlavə, digər neft məhsullarının idxalı, kənd təsərrüfatı, bank sistemi və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Tərəflər, həmçinin sərmayə qoyuluşu, elmi kadrların hazırlanması, hərbi-texniki sahədə əməkdaşlıq, qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Türkmənistan səfiri Annaməmməd Məmmədovla görüşdə isə qardaş xalqlar arasında dost əlaqələrin möhkəmləndirilməsinin hər iki dövlətin milli maraqlarına uyğun olduğu, ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün mövcud şərtlərin əlverişliliyini vurğulanıb. Xüsusilə, prezidentlərin görüşü, qarşılıqlı səfərlər, hökumətlərarası komissiyanın görüşlərinin səmərəliliyi qeyd olunub, Azərbaycan və Türkmənistan arasında bir sıra məsələlərin nizama salınması alqışlanıb. E. Məmmədyarov bu əlverişli şəraitin əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirməyə əsas verdiyini, bu imkanlardan bəhrələnərək, XİN-lərarası məsləhətləşmələr keçirmək və energetika, humanitar, mədəniyyət, elm-təhsil, hərbi sferalarda birgə fəaliyyət qurmağın zəruriliyini diqqətə çatdırıb.
Qeyd edək ki, Tacikistan Azərbaycana ilk dəfədir, səfir təyin edir, Türkmənistanın isə ölkəmizdə ötən əsrin 90-ci illərində səfirliyi fəaliyyət göstərib. 2001-ci ildə maliyyə çətinlikləri səbəbi əsas gətirilərək, Türkmənistan səfirliyinin Bakıda fəaliyyəti dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR